Uzaqlaşmaq İstədim

歌手: Vəfa Şərifova • 专辑:Uzaqlaşmaq İstədim • 发布时间:2019-06-08
作词 : Tural Davutlu
作曲 : Tural Davutlu
Bir ara səndən uzaqlaşmaq istədin
Yavaş-yavaş kənarlaşmaq istədim
Gördüm alınmır elə çox darıxdım
Əlini tutub qucaqlaşmaq istədim.

Sən məni tək qoyanda dərd qəm yedim
Səbr eləyib şeytana lənət dedim
Başqa çarə yoxdur başka necə edim
Zəmanəylə ayaqlaşmaq istədim.

Bir ara səndən uzaqlaşmaq istədim
Yavaş-yavaş kənarlaşmaq istədim
Gördüm alınmır elə çox darıxdım
Əlini tutub qucaqlaşmaq istədim.

Bu eşq üçün yanıb-yanıb köz oldum
Səni sevəndən el aləmdə söz oldum
Səndən ötrü çoxuyla üz göz oldum
Yaxınlardan uzaqlaşmaq istədim.

Düzdü səndən uzaqlaşmaq istədim
Yavaş-yavaş kənarlaşmaq  istədim
Gördüm alınmır elə çox darıxdım
Əlini tutub qucaqlaşmaq istədim

Mən sənin fikrinlə oyandım hər gün
Yaşamaqdan bezdim usandım hər gün
Gəzdiyimiz yerdə dayandım hər gün
Təsadüfən qabaqlaşmaq istədim.

Bir ara səndən uzaqlaşmaq istədim
Yavaş-yavaş kənarlaşmaq istədim
Gördüm alınmır elə çox darıxdım
Əlini tutub qucaqlaşmaq istədim.

Əzab verib canımı almadın amma
Sevirdin yanımda qalmadın amma
Sən məni heç yadına salmadın amma
Mən səninlə sorağlaşmaq istədim.
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑