Xatirələr

歌手: Nəsimi Məmmədov • 专辑:Xatirələr • 发布时间:2021-02-23
作词 : Orxan Mürvətli
作曲 : Vüqar Mirzəyev
Baxıram bəzən keçmişə
İllərin həsrətindəyəm
Qədim, köhnə dalanların
Yolların həsrətindəyəm

O yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma

O yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma

Məktəb illəri, çiynimdə çanta
Yelləyərək qolları
Gedərdim səhər, gələrdim gündüz
Hər gün eyni yolları

Məktəb illəri, çiynimdə çanta
Yelləyərək qolları
Gedərdim səhər, gələrdim gündüz
Hər gün eyni yolları

Haradasan, ey uşaqlığım?
Nə olar qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə

Haradasan, ey uşaqlığım?
Nə olar qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə

Ürəyimdəki arzular
Közərərdi hər gün tək-tək
Belə tez ötüb keçməzdi
Gözəl illər, aylar gərək

Ata qayğısı, ana laylası
Bürünəydi qəlbimə
Yadıma düşür həmən doğma ev
Hər baxanda təqvimə

Ata qayğısı, ana laylası
Bürünəydi qəlbimə
Yadıma düşür həmən doğma ev
Hər baxanda təqvimə

Bu yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma

Bu yollar məni aparaydı kaş
Uşaqlıq çağlarıma
Saf gülüşlərim qonaydı yenə
Körpə dodaqlarıma

Haradasan, ey uşaqlığım?
Nə olar qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə

Haradasan, ey uşaqlığım?
Nə olar qayıt mənə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə
Toxunum sənə, sarılım sənə
Böyüyüm səninlə yenə
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑