Mən Istədim

歌手: Rəssam MadTeen • 专辑:Mən Istədim • 发布时间:2021-04-03
作词 : Elvin Həsənov/Mətin Hüseynzadə
作曲 : Elvin Həsənov/Mətin Hüseynzadə
Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır...

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm
Nə olardı, qayıdardıq o dəyərli günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Olmaz artıq bizdən nəsə
Biz sənlə qopduq ürəkdən
Unutmuşam təbəssümün
Ətrin qaçıbdır beynimdən

Nə olardı, qayıtsaydıq o gözəl günlərə?
Ürəyim qaçır sənə, bir səs var, deyir mənə

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır, əzizim, alınmır...

Pəncərədə ötür illər, mən həmin fəsildəyəm
Görəsən nə qədər cəzam qalıb çəkilməyən?
Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki...
Görəsən hansı söz qalıb deyilməyən?

Bütün şeirlərimi döndərdim əlvidaya
Bircə sənə dodağım heç vaxt tərpənmədi
Bütün doğmalardan qaçmışam qaranlığa
Bircə gözlərindən heç vaxt gizlənmədim

Mən istədim, səndən ayrı qalım
Alınmır əzizim, alınmır
Mən istədim, bizdən uzaq qalım
Alınmır əzizim, alınmır...

Mən istədim, səndən ayrı qalım
Alınmır, əzizim
Alınmır, əzizim
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑