作词 : Cəfər Cabbarlı
作曲 : Emin Sabitoglu
Qaranlıq gecədə səni gözləyib, gözləyib
Durmaqdan yoruldum, ey dan ulduzu, ulduzu…
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu, ulduzu…
Arxasınca qoşdum sonsuz bir yola, bir yola,
Hər addım tuş gəldin incə bir kola, bir kola.
Qaranlıqda çox baxdın sağ-sola,
Hər yana buruldun, ey dan ulduzu, ulduzu…
Öksüz taleyim tək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən.
Oxşatdım, yanıldım, könül verdim mən,
Bilmədən vuruldum, ey dan ulduzu, ulduzu?