Biri Var Burda

歌手: Xatirə İslam • 专辑:İfalar, Vol. 1 • 发布时间:2021-12-01
作词 : Xanım Aydın
作曲 : Gövhər Həsənzadə
Səninlə sonsuza getmək istəyən
Səni hər vaxt, hər an sevmək istəyən
Sənin də sevdiyini bilmək istəyən
Biri var burada, səni gözləyir

Səni ürəyincə öpüb oxşayan
Səni illər boyu qəlbdə daşıyan
Sənin varlığınla, bil ki, yaşayan
Biri var burada, səni gözləyir
Biri var burada, səni istəyir

Biri var burada
Hər anını həsrətlə izləyir
“Tale insafa gələcək” deyir
Sonsuzadək, bil, səni gözləyir

Biri var burada
Aldığın qəlbi geri istəyir
Sevgimidir, cəzamıdır, nədir?
Ürək susur, fərman dinləməyir

Biri var burada
Aldığı qəlbi geri istəyir
Biri var burada
Sonsuzadək, bil, səni gözləyir

Səni sevməkdən heç usanmayan
Səni məhəbbətlə anlayan, duyan
Sənin varlığınçün canına qıyan
Biri var burada, səni gözləyir
Biri var burada, səni istəyir

Biri var burada
Hər anını həsrətlə izləyir
“Tale insafa gələcək” deyir
Sonsuzadək, bil, səni gözləyir

Biri var burada
Aldığın qəlbi geri istəyir
Sevgimidir, cəzamıdır, nədir?
Ürək susur, fərman dinləməyir

Biri var burada
Aldığı qəlbi geri istəyir
Biri var burada
Sonsuzadək, bil, səni gözləyir
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑