Sonda

歌手: Ifrat • 专辑:Sonda • 发布时间:2017-05-17
作词 : Ifrat Dunyamaliyev
作曲 : Ifrat Dunyamaliyev
Sevgi savabtək görünən bir günah
O günaha dostum niyə saldın tamah
Gedərdin görüşünə onun hər sabah
Saatlarca durardı balkonda.

Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

Gizli zəng eliyirsən hər səhər ona
İndi olubdur həyatı zəhər ona
Sən yanında olanda bir nəfər ona
Gözücu da baxmazdı mikrayonda.

Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

Hər dəfə ayrı-ayrı mövzularla
Xəyalların bəzəndi duyğularla
Ürəyin bayram etdi arzularla
Sən qara kostyum, o ağ donda..

Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

Xəbər tutan kimi onun nişanından
Dedin ki son dəfə keçim yanından
Göz görə-görə can qopurdu canından
Çalındıqca vağzalı qarmonda..

Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

Çırpma divarlara gəlməsin əllərin
Saatdan acığını çıxma illərin
Ailə də qurdun ancaq şəkillərin
Saxladın illər boyu telefonda.

Sonda, nə tapdın onda, nə tapdın onda,
Nə tapdın onda?

Ona həyatım dedin yalanına uydun
Ona görə bir nəfərin həyatına qıydın.
Amma elə davrandı, sanki yoxuydun
Qaldın axırda tək başına zonda.

Sonda, nə tapdın onda, nə tapdın onda
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑