Şəkərim Balım

歌手: Asif Məhərrəmov Nəfəs • 专辑:Şəkərim Balım • 发布时间:2022-08-17
作词 : Asif Məhərrəmov
作曲 : Asif Məhərrəmov
Neyniyirəm özgəni varsansa bəsimsən
Başqasının dərdini neyçün çəkim ömrüm
Mən necə yaşayım axı sənsiz nəfəsimsən
Xoşdur mənə nazını hər gün çəkim ömrüm
Mən qoymaram heç kim sən olan yerdə dolansın
Bir kimsə mənim tutduğum əllərinə toxunsun
Qoy sevgimizin dastanı dillərdə dolansın
Bir nəğməyə dönsün uzun illərnən oxunsun

Ay mənim şəkərim balım
Hər nə istəsən de alım
Öl de ölüm qal de qalım mən
Çox dəyərlisən mənə sən
Bəlkə danışasan dinəsən
Mənnən ötrü bir dənəsən sən
Var gözüm üstündə yerin durma qıraqda
Yar aşiqinin yanından heç bir yerə getməz
Sənsiz mənə ölmək də çətindir,yaşamaq da
Lap bitsə də ömrüm belə sevgim sənə bitməz
Hər kim bu qədər sevilsə getməz gedə bilməz
Verdim bir ömürlük sənə hisslərimi pay ömrüm
Heç kim səni heç vaxt əvəz etməz edə bilməz
Sən yaxşı ki varsan mənim ömrümdə ay ömrüm
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑