Narın-Narın

歌手: Nəsimi Məmmədov • 专辑:Narın-Narın • 发布时间:2022-05-16
作词 : Çingiz Əliyev
作曲 : Çingiz Əliyev
Bir baxışın yetər, həyatın naxışı itər
Addım-addım bizi izləyir izlərimiz
Gözlədik gizlədib hissləri biz

Bir baxışın yetər, həyatın naxışı itər
Addım-addım bizi izləyir izlərimiz
Gözlədik gizlədib hissləri biz

Saxla yenə, yenə buraxma məni
Saxta qəm yemə, baxma qəmli
Necə ki dondurur şaxta nəmi
Soyuyur vaxt da sənsiz

Narın-narın yağır üzümə damcıların
De görüm, insafın varmı, yarım?
Yağacaq elə bir vaxtda, yenə paytaxta

Narın-narın yağır üzümə damcıların
De görüm, insafın varmı, yarım?
Yağacaq elə-elə bir vaxtda, yenə paytaxta

Neçə gecə keçib üstündən illərin
Keçə-keçə yaraları qalır izlərin
Küçə-küçə haraları daha gəzmədim?!
Axtarıram, dön geri

İçə-içə yenə baxıram o filmlərə
Düşünürəm, bel bağladım kimlərə?
Gəzirəm, dəli kimi küçə, tin, dərə
Saxlamıram kin sənə

Saxla yenə, yenə buraxma məni
Saxta qəm yemə, baxma qəmli
Necə ki dondurur şaxta nəmi
Soyuyur vaxt da sənsiz

Narın-narın yağır üzümə damcıların
De görüm, insafın varmı, yarım?
Yağacaq elə bir vaxtda, yenə paytaxta

Narın-narın yağır üzümə damcıların
De görüm, insafın varmı, yarım?
Yağacaq elə-elə bir vaxtda, yenə paytaxta
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑