Axşam Mahnısı

歌手: Akif İslamzadə • 专辑:Bu Gecə • 发布时间:1995-06-01
作词 : Zeynal Cabbarzadə
作曲 : Tofiq Quliyev
Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni
Gözüm yolda, könlüm səsdə
Gözləyirəm mən səni

Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin

Suya düşür, budur
Yaşıl yarpaqların kölgəsi
Ürəyimdən xəbər verir
Ötən quşların səsi

Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin
Ah... döyüntünü bilmədin

Aydın göylər, uca dağlar
Göy meşələr, lal sular
Sizi gördüm, ürəyimdə
Aşıb-daşdı arzular

Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim ürəyimdə
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin
Ah... döyüntünü bilmədin
Döyüntünü bilmədin
Döyüntünü bilmədin
Döyüntünü bilmədin
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑