Zaman Zaman

歌手: Asif Məhərrəmov • 专辑:Zaman Zaman • 发布时间:2024-04-01
作词 : Asif Məhərrəmov
作曲 : Asif Məhərrəmov
Günəş də heç gərək deyil,
İşıqlanar səninlə evim.
Tanrı səni verib mənə,
Bütün fəsillərdə sevim.

Darıxmağın gələr sonu,
Kədər bizdən uzaqlaşar.
Səadətə çatan kimi,
Böyüklər də uşaqlaşar.

Həyat bizi sevindirər, zaman - zaman.
Unutdurar olanları, birər - birər.
Sevinc yağar yağış kimi həzin - həzin,
Ömürdə var yaşanmamış nələr - nələr.

Hislərimdə dəyişməyib,
Lap istəsən baxaq geri.
Bircə sən olmusan mənim,
İradəmin zəif yeri.

Bəs eləyir bir birinə,
Həqiqətdir dilək deyil.
Zaman çarədirsə əgər,
Başqa heçnə kömək deyil.
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑