Yada Sal Məni

歌手: Camal Qurbanov Cavidan Fatihi • 专辑:Yada Sal Məni • 发布时间:2023-09-28
作词 : Piruz Dilənçi
作曲 : Eldar Mansurov
Gedirəm bu axşam, gedirəm, gülüm
Bilirəm, gül üzün solacaq mənsiz
Gedirəm, gəlməsəm, qalacaq sevgim
Bəlkə də gözlərin dolacaq mənsiz
Gedirəm, gəlməsəm, qalacaq sevgim
Bəlkə də gözlərin dolacaq mənsiz

Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni

Bürüyüb göyləri indi çən, duman
Torpaq dilə gəlib aman, ay aman
Vətən gözü yaşlı qalsa, o zaman
Ay Allah, sevgilim qalacaq mənsiz
Vətən gözü yaşlı qalsa, o zaman
Ay Allah, sevgilim qalacaq mənsiz

Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni

Yada sal məni
Yada sal məni
Yada sal məni
Yada sal məni

Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni
Yaşadır sevdalı bir xəyal məni
Gedirəm, gəlməsəm, yada sal məni
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑