Axtarıram Səni

歌手: Mübariz Tağıyev • 专辑:İfalar, Vol. 1 • 发布时间:2023-11-28
作词 : Ismayıl Dadaşov
作曲 : Rauf Hacıyev
Axtarıram səni həsrətimdə mən
Səhərlər Günəşi gözləyən kimi
Xəyal kimi uzaqsan sən
Gəncliyimin şirin, ən əziz xatirəsi
Ömrüm qalıb sənsiz bahara həsrət
Sevgi qismətimə ələnib zülmət

Buludlar içində gəzdim sevgimi
Ömrün bu çağında ilk yağış kimi
Gəl qovla zülməti Günəş kimi
Yansın həsrət, yansın od-alovundan sənin
Ömrün bu çağında ilk yağış kimi
Gəl qovla zülməti Günəş kimi
Yansın həsrət alovundan sənin

Bircə damla suyun həsrətiyəm
Candan qopan ruhun nəfəsiyəm
İstərəm ki, nağıl kimi gəncliyimdə
İtən sevgi, məndən ötüb gedən sevgi
Geri dönə, geri dönə gecə yuxu kimi
Gəncliyimdə itən sevgi, məndən ötüb gedən sevgi
De, haradasan? Səni axtarıram
Gəl, səni axtarırıram...
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑