Sənsiz Niyə Gərəkdir

歌手: Mirzə Babayev • 专辑:İfalar (Vol. 5) • 发布时间:2024-04-30
作词 : Hüseyn Abbaszadə
作曲 : Zakir Bağırov
Sona düşür göllərə
Seyrə çıxaq çöllərə
Gəl qucaq-qucaq gül-çiçək yığaq
Düzək qara tellərə

Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?

Sən gəzməyə çıxanda
Bizim ana Muğanda
Qönçələr açır, ətrini saçır
Təzə güllər hər yanda

Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?

Güllər bənzəyir sənə
O gülümsər çöhrənə
Buna görə də dağ da, dərə də
Güllər xoş gəlir mənə

Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?

Qoşulub min gözələ
Gəzməyə çıxsan çölə
Gözü bağlı mən sənin ətrindən
Taparam qara gilə

Çöllər gör nə qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑