Gülə-Gülə

歌手: Miri Yusif • 专辑:Luna • 发布时间:2024-10-27
作词 : Fariz Zeynalov
 作曲 : Miryusif Mirbabayev/Fariz Zeynalov
Sən mənim zümzüməm
Səni sətir-sətir keçmişdən toplayıb çəkdim nəzmə mən
Ritmi tutunca tutdum işarət barmağımı nəbzimə
Bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən
Heç kim sənə bənzəməz
Sən mənim gözümdən axıb ürəyimə
Alışan ruhuma sarmısan alov
Əlimdə tellərinin ətri, qulağımda səsin girov
Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
Dedim sənə ‘’Yaxşı yol’’
Getdin, gülə-gülə
Sən elə mən özüməm
Yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə
Sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə
Bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə
Darıxmışam hər cürə
Mən sənsiz üzgünəm
Günəşin-yağışın, enişin-yoxuşun mənə fərqi yox
Həyat davamında dayanmaz, çünki fələyin çərxi o
Qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
Dedim sənə ‘’Yaxşı yol’’
Getdin, gülə-gülə
Getdin...
Getdin...
Getdin...
Getdin, gülə-gülə
Getdin...
Getdin...
Getdin...
Getdin, gülə-gülə
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑