Azərbaycan maralı

歌手: Nərminə Məmmədova • 专辑:Unudulmayan Səslər, Vol. 1 • 发布时间:2024-08-13
作词 : İSgəndər Novruzlu
作曲 : İSgəndər Novruzlu
Ay qız gəzmə aralı,
Könlüm səndən yaralı
Gözlərinə heyranam
Azərbaycan maralı.

Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə,
Aldın səbri qərarımı
Azərbaycan maralı.

Mən qurbanam gözlərə,
Şirin şirin sözlərə,
Bir qonaq gəl bizlərə
Azərbaycan maralı.

O günə qurban kəsərəm,
Gəlməsən səndən küsərəm,
Gəzərəm səndən aralı,
Azərbaycan maralı.

Gedək Qırx qız yaylağına,
Maral ceyran oylağına,
Enək İsa bulağına
Azərbaycan maralı.

Turş su olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Azərbaycan maralı.
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑