Örpəyini bağla

歌手: Gülaga Məmmədov • 专辑:Unudulmayan Səslər, Vol. 4 • 发布时间:2025-08-04
作词 : Nəbi Xəzri
作曲 : Anonim Anonim

Könlümə ətirli çiçək taxırsan
Sağa boylanırsan, sola baxırsan
Könlümə ətirli çiçək taxırsan
Sağa boylanırsan, sola baxırsan

Tanış bir cığırla dağa çıxırsan
Örpəyini bağla, soyuqlayarsan
Tanış bir cığırla dağa çıxırsan
Örpəyini bağla, soyuqlayarsan


Bilmirəm, çən, nədir duman tüstünə?
Yaxşı bax a, nədir dərədən qalxan?
Ey, bilmirəm, nədir duman tüstünə?
Yaxşı bax a, nədir dərədən qalxan?

Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan
Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan


Gör necə qıy vurur qayada qartal
Hər yetən gülə-çiçəyə nəzər sal
Gör necə qıy vurur qayada qartal
Hər yetən gülə-çiçəyə nəzər sal

Quzular görünür yamacda xal-xal
Örpəyini bağla, soyuqlayarsan
Quzular görünür yamacda xal-xal
Örpəyini bağla, soyuqlayarsan


Bilmirəm, çən nədir duman tüstünə?
Yaxşı bax a, nədir dərədən qalxan?


Meysiz, məzəsiz can ilə
Meysiz, məzəsiz can ilə canan ola bilməz
Sevda dediyin...
Sevda dediyin hər kəsə meydan ola bilməz
Xoşbəxt elimin...
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən
Bundan da gözəl...
Bundan da gözəl bir dəxi meydan ola bilməz
Aman, aman, aman, aman...
Yarım, aman, aman, aman...
Aman, aman, aman, aman...
Aman, aman, aman, aman, ay, ey...


Bilmirəm, çən nədir duman tüstünə?
Yaxşı bax a, nədir dərədən qalxan
Bilmirəm, nədir duman tüstünə?
Yaxşı bax a, nədir dərədən qalxan?

Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan
Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan

Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan
Yenə duman gəldi dağlar üstünə
Örpəyini bağla, soyuqlayarsan
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑