Azərbaycan

歌手: Gülaga Məmmədov • 专辑:Unudulmayan Səslər, Vol. 4 • 发布时间:2025-08-04
作词 : Səməd Vurğun
作曲 : Səid Rüstəmov
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana,
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı...

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nə saylara, nə sillərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır...

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal, ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza...

Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin, hər nəyin vardır.
Deyilən söz yadigardır.
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑