Dinə Bilmədim

歌手: Gülaga Məmmədov • 专辑:Unudulmayan Səslər, Vol. 2 • 发布时间:2025-08-01
作词 : Hüseyn Arif
作曲 : Ələkbər Tağıyev
1.
İlk dəfə sahildə gördüm onu mən,
Gizli bir üşütmə keçdi qəlbimdən.
Tutmuşdu üzünü mavi Xəzərə,
O dənizə baxdı, mən o gözlərə.
Dinmək istədim, dinə bilmədim,
Dinə bilmədim,
Nə edim, bilmədim.
2.
Dolandı bahar, yay, dolandı payız,
Fikrimdən silinib, getmədi o qız.
Aradım mən onu bağda, bağçada,
Hüsnünü hər zaman salaraq yada.
Görmək istədim, görə bilmədim,
Görə bilmədim,
Nə edim, bilmədim.
3.
Mən toya çağrıldım bir axşam çağı
Bəzənib, gülürdü qonaq otağı.
Görüncə tanıdım mən o gözəli,
Ağ libas geyinib o gözəl pəri.
Hamı gülsə də, gülə bilmədim,
Gülə bilmədim,
Nə edim, bilmədim.
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑