Küsüb getdi

歌手: Gülaga Məmmədov • 专辑:Unudulmayan Səslər, Vol. 9 • 发布时间:2025-08-04
作词 : Aslan Aslanov
作曲 : Andrey Babayev

Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir də yarım qapımızdan keçəcək?
Görən, haçan bir də yarım qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim, yollar batdı dumana
Axı niyə öz eşqimi düz demədim mən ona?
Axı niyə öz eşqimi düz demədim mən ona?


Göydəki o tənha ulduz sanki məni andırır
Düşündükcə hicran odu ürəyimi yandırır
Düşündükcə hicran odu ürəyimi yandırır

Bəlkə indi qəm içində baxır o da yollara
Axı niyə öz eşqimi düz demədim mən yara?
Axı niyə öz eşqimi düz demədim mən yara?


Baxacaqmı, görən, gəlib pəncərəmə bir də yar?
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar

Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir də yarım qapımızdan keçəcək?
Görən, haçan bir də yarım qapımızdan keçəcək?
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑