Ad Günü

歌手: Miri Yusif • 专辑:Ad Günü • 发布时间:2017-01-19
作词 : Orxan Abbasov/Anar Nifftəliyev
 作曲 : Orxan Abbasov/Anar Nifftəliyev


Bu gün sənin ad günün,
Bu gün sənin şad günün.
Arzuları söndürdün üfürüb,
Söndürdüyün şam kimi.şam kimi

Bu gün sənin ad günün,
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi.yad..yad kimi

Mən sənə dəli-divanə
Sən hisslərimə biganə
İnanmaram daha mən,
Aldanmaram daha mən
Gətirsən də bəhanə.
Yaş üstünə yaş artar
Həsrətin gözlərimi yaşardar
Mən yollarında avarə
Bu ürəyi yalnız sənə etmişdim həvalə

Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.

Bu gün sənin ad günün,
Bu gün sənin şad günün.
Arzuları söndürdün üfürüb,
Söndürdüyün şam kimi. şam kimi

Bu gün sənin ad günün,
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi.yad..yad kimi

~ M U S I Q I ~

Al, ad gününə hədiyyəm
Sənə həsr olunur mədhiyyəm
Yoxdur məndə bəd niyyət
Qərarımda qətiyyəm
Geri dönmə qətiyyən!
Budur verdiyin dəyər
Gördüm kim nəyə dəyər
Ürək sənsiz göynəyər,
Mənsiz görsə nə deyər
səni mənlə görənlər?!

Bir sonu var bu əhvalatın,
Sənə sərf etdiyim hər saatım,
Sənlə keçən keçmiş həyatım
Ad Gününə hədiyyəm olsun.

Bu gün sənin ad günün,
Bu gün sənin şad günün.
Arzuları söndürdün üfürüb,
Söndürdüyün şam kimi.şam kimi.

Bu gün sənin ad günün,
Gülüm sənsiz bərbad günüm
Keçir saat on ikini
Təbrik edirəm yad kimi.yad..yad kimi
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑