Mən Sənin Yanına Qışda Gələrdim

歌手: Ədalət Şükürov • 专辑:Yada Sal Məni, Sevgilim • 发布时间:2008-05-01
作词 : Əliağa Kürçaylı
作曲 : Elza Ibrahimova
Mən sənin yanına qışda gələrdim
Çiçək axtarırdım, gəzdim hər yanı
Çiçək axtarırdım, gəzdim hər yanı
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb, bir dibçəkdən axır ki, dərdim
Tapıb, bir dibçəkdən axır ki, dərdim

Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb, qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə

Dəstə bağlamağım nəyə gərəkdir?
Bax, odur, nərgizlər dolu diləklər
Bax, odur, nərgizlər dolu diləklər
Lalənin ətrini yayır küləklər
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Yasəmən, qızılgül ləçək-ləçəkdir

Əzizim, onları qoparmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim ancaq
Bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, birində bahar
Bir əlimdə yaz, birində bahar, birində bahar

Gəlmişəm yenə son görüşünə, gəlmişəm yenə
Gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə
Bir əlimdə yaz, birində bahar, birində bahar
Bir əlimdə yaz, birində bahar, birində bahar
📥 下载LRC歌词 📄 下载TXT歌词

支持卡拉OK同步显示,可用记事本编辑